Bunu baş ağrısı kimi rədd etməyin!
Bölmə: Maraqlı › ,Tarix: 21:05 24.01.2025
Baş ağrısı çoxumuzun zaman-zaman yaşadığı və tez-tez qiymətləndirilmədiyi bir narahatlıq olsa da, bunun arxasında ciddi sağlamlıq problemləri ola bilər. Baş ağrılarınız keçmirsə, bu, vücudunuzdan əhəmiyyətli bir xəbərdarlıq ola bilər. Baş ağrıları həmişə stress və ya yorğunluqdan yaranmır. Bəzən mühüm xəstəliklərin ilk əlaməti ola bilər. Baş ağrısı bütün dünyada milyonlarla insanın yaşadığı ümumi sağlamlıq problemidir. Ancaq unutmaq olmaz ki, bəzi baş ağrıları adi bir narahatlıqdan daha çox ola bilər.
Prof. Dr. Gülay Kenangil ahaber.com.tr-yə eksklüziv olaraq baş ağrılarının gizli səbəbləri və diqqət edilməli olan kritik məqamlardan danışıb. Davamlı baş ağrılarının mümkün səbəbləri...
Davamlı baş ağrıları ciddi bir xəstəliyin əlaməti ola bilər
Baş ağrısı insanların tez-tez qarşılaşdığı adi bir simptom kimi görünsə də, davamlı baş ağrılarının arxasında ciddi sağlamlıq problemləri ola bilər.
Prof. Dr. Kenangil: “Baş ağrınız keçmirsə, altda yatan ciddi bir xəstəlik ola bilər”. Başda beyində olan şişlər, damar xəstəlikləri, struktur zədələnmələr, infeksiyalar və bəzi metabolik vəziyyətlərin baş ağrısına səbəb ola biləcəyini bildirir.
Nəzərə alınmalı ümumi səbəblər
Migren və gərginlik baş ağrıları bir çox insanın qarşılaşdığı ümumi problemlərdir. Ancaq bu tip baş ağrıları diqqətdən kənarda qalmamalıdır, çünki bəzən digər ciddi xəstəliklərin əlaməti ola bilər. Prof. Dr. Kenangil, "Migren və gərginlik tipli baş ağrıları digər birincil baş ağrıları və keçməyən baş ağrılarında nəzərə alınması lazım olan ağrılar arasındadır",-dedi. O, bildirir ki, bu cür baş ağrılarında düzgün diaqnoz və müalicə üsulları böyük əhəmiyyət kəsb edir. Baş ağrılarının altında yatan potensial sağlamlıq problemlərini aşkar etmək üçün mütəxəssislər hərtərəfli müayinə aparmalı olduğu xatırladılır.
Mənbə: Ahaber
Mehriban Nəsibova