5G texnologiyasının inkişafı və gələcəyi

Tarix: 22:06 22.02.2025
Mobil rabitə texnologiyaları daim təkmilləşir və yeni imkanlar açır. 5G texnologiyası bu sahədə inqilabi bir addım hesab olunur. 5G-nin gələcəkdə rabitə, sənaye, səhiyyə və hətta şəhər infrastrukturuna gətirəcəyi yeniliklər onu daha da aktuallaşdırır.
İKT Assosiasiyası eksperti Elvin Abbasov "informator.az"a açıqlamasında bildirib ki, 5G mövcud internetin daha sürətli versiyasını təklif edir:
"5G bir çox istiqamətlərdə texnologiyanın bir-biri ilə daha sürətli şəkildə əlaqədə olmasını təmin edəcək. Məsələn, real rejimdə baş verən bütün proseslər – pik nöqtələrdə, onlayn toplantılarda, gələcəkdə PR texnologiyalarında və digər texnologiyalarda, onlayn fəaliyyətlərdə anlıq qərarlar vermək lazımdır. Bunlar kimi saysız misallar çəkmək olar ki, 5G texnologiyası hazırda 4G texnologiyasına nisbətən daha sürətli internet təklif edir. 5G texnologiyası həm dövlət qurumlarında, həm də özəl sektorda və insanlar arasında sosial əlaqələrdə sürətli internet və anlıq qərar qəbuletmə proseslərini asanlaşdırır. Bu texnologiya məlumatın daha tez ötürülməsinə imkan yaradır, qərarların operativliyini artırır və ümumi əlaqə keyfiyyətini yaxşılaşdırır".
5G texnologiyası gələcəyin vacib texnoloji inqilablarından biridir. Bu texnologiya iş dünyasından şəxsi istifadəyə qədər bütün sahələrdə inqilabi dəyişikliklər yaradacaq.
Bənövşə Zahidli