Napolidən Viktor Osimhenlə bağlı rəsmi açıqlama: "Ən qısa zamanda həll etməliyik"

Tarix: 23:07 26.02.2025
Napoli İdman Direktoru Covanni Manna, hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən futbolçuları Viktor Osimhen ilə bağlı planlarını açıqlayıb. O, Osimhenin müqaviləsində yer alan maddə ilə bağlı iddialara da aydınlıq gətirib.
Covanni Manna Osimhenin gələcəyi ilə bağlı rəsmi açıqlama verib. "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenin gələcəyi böyük maraq doğurur. "Napoli"nin müqavilə ilə futbolçusu olan Osimhenlə bağlı klubdan diqqətçəkən açıqlamalar gəlib:
"Osimhen məsələsi daim gündəmdədir, hətta transfer pəncərəsi bağlı olanda belə. Viktor hər zaman tələb olunan bir futbolçudur. Onun müqaviləsində sərbəst qalma maddəsinin olduğu doğrudur".
"Keçən yay olduğu kimi, gecikmiş bir transferdən qaçınmaq üçün ən qısa zamanda həll yolu tapmaq istəyirik".
Digər tərəfdən, Osimhenin transfer olunacağı əsas namizəd klub kimi "Mançester Yunayted" göstərilir. Bildirilir ki, Ruben Amorim də nigeriyalı hücumçunu komandasında görmək istəyir.
Bu mövsüm "Qalatasaray" forması ilə meydana çıxdığı 26 oyunda 20 qol vuran Osimhen, Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmağa davam edir.
Mənbə: NTV spor
Nərgiz Orucova