Sabiq “Qarabağ”lı Almaniya klubunda

Tarix: 23:37 14.07.2025
“Qarabağ”dan ayrılan Adama Diakabinin yeni komandası bəlli olub.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, təcrübəli futbolçu Almaniya 3-cü liqasında mübarizə aparan “Valdhof Manhaym” klubu ilə anlaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Diakabı 2023-2024-ci illərdə “Qarabağ”ın formasını geyinib.