Bu gün Nəsibə Zeynalovanın anım günüdür

Bölmə: Sosial › ,
Tarix: 22:06 10.03.2025

Azərbaycan teatrsevənləri arasında “qaynana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub.

 

Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi olan Cahangir Zeynalov ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. 

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib, sentyabr ayında Bakıya qayıdanda, gəmidə yatalaq xəstəliyinə tutularaq qısa müddətdə dünyasını dəyişib.

Nəsibə xanım orta məktəbdən rəqqasəlik edib, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnib.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi qəbul olunub. Elə həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. 

 

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

Nigar Həsənzadə