Kolon xərçənginin səssiz əlamətləri

Tarix: 20:01 11.03.2025
Kolon xərçəngi ölkəmizdə ən çox rast gəlinən və erkən diaqnoz qoyulmadıqda həyati risklərə səbəb olan xərçəng növlərindən biridir.
Mart ayının “Yoğun Bağırsaq (Kolon) Xərçəngi Maarifləndirmə Ayı” olması ilə əlaqədar mütəxəssislərin açıqlamaları kolon xərçənginin erkən diaqnozunun əhəmiyyətini yenidən gündəmə gətirir. Xəstəliyin əlamətləri və qarşısının alınması ilə bağlı xəbərdarlıq edən mütəxəssis sağlam həyat tərzinin və müntəzəm tibbi müayinələrin vacibliyini vurğulayır, erkən xəbərdaredici əlamətlərə diqqət çəkir. Kolon xərçənginin ən çox görülən və ən çox ölümə səbəb olan xərçəng növlərindən biri olduğunu bildirən Onkoloji Cərrahiyyə və Ümumi Cərrahiyyə mütəxəssisi Prof. Dr. Mustafa Öncel müntəzəm skrininq müayinələri və sağlam həyat tərzi ilə bu xəstəliyin qarşısının alına biləcəyini qeyd edir. O, kolon xərçənginin erkən mərhələdə müəyyən əlamətlər verə biləcəyini bildirərək, xüsusilə anal nahiyədən qanaxma, bağırsaq vərdişlərində dəyişiklik və qarın ağrısı kimi halların gözardı edilməməsi lazım olduğunu vurğulayır.
Kolon xərçənginə qarşı görülə biləcək ən təsirli tədbirlər arasında sağlam qidalanma və həyat tərzi dəyişiklikləri ön plana çıxır. Prof. Dr. Öncel kolon xərçənginin qarşısı alına bilən bir xəstəlik olduğunu vurğulayaraq, qorunma yollarını belə izah edir: “Qidalanma rejimini Aralıq dənizi mətbəxinə uyğunlaşdırmaq, yağlı və yüksək kalorili qidalardan uzaq durmaq, siqaret və alkoqoldan istifadə etməmək, müntəzəm idmanla məşğul olmaq və artıq çəkidən qurtulmaq kolon xərçəngindən qoruyucu təsir göstərir”.
Prof. Dr. Öncel kolon xərçənginin erkən mərhələdə əlamətlər verə biləcəyini qeyd edərək bildirib:
“Kolon xərçənginin ən mühüm əlamətlərindən biri anal nahiyədən qanaxmadır. Bağırsaq vərdişlərində dəyişikliklərlə birlikdə ishal və ya qəbizlik müşahidə oluna bilər. Qarın ağrısı və köp yaranması mümkündür. Bu cür əlamətləri olan şəxslər vaxt itirmədən mütəxəssisə müraciət etməlidirlər. Erkən diaqnozun qoyulması müalicənin uğur şansını artırır”.
Ahaber
Əsmər Bəşirova