Eyni məhsul xaricdə və ölkəmizdə niyə fərqli dad verir?

Bölmə: Sosial › ,
Tarix: 19:59 11.03.2025

Xarici ölkədə alıb istifadə etdiyimiz bir məhsulu ölkəmizdə tapanda sevinirik. Amma dadına baxanda fərq hiss olunur.


Mövzu ilə bağlı "informator.az"a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, xaricdə olarkən alıb istifadə etdiyimiz hər hansı bir qidanı ölkəmizdəki ilə eyni dadda və keyfiyyətdə olmaması əslində normal haldır:

 

"Bu istehsal yerindən asılı olaraq dəyişir. Səbəbi isə istifadə olunan xammaldır. Bu xarici istehsalçı şirkətlə ölkəmizdəki eyni məhsulu istehsal edən şirkətin bağladığı müqaviləyə əsasən də müəyyənləşdirilir. Təbii ki, nəticədə daha fərqli dad ortaya çıxa bilər. İstehsal olunan hər bir məhsulun üzərində tərkibi mütləq şəkildə olduğu kimi qeyd olunmalıdır. Bəlkə də biz xaricdən aldığımız məhsulla ölkədəki eyni məhsulu özümüz üçün müqayisə edə bilərik. Burada əsas məsələ sağlam qidalanma haqqında məlumatlı olmaq, düzgün və sağlam qida seçimləri etmək, balanslaşdırılmış qidalanma vərdişləri yaratmaq və alış-veriş edərkən bütün bunları nəzərə almaqdır".


Mehriban Nəsibova