Böyük bir kiber hücuma məruz qalmışıq

Bölmə: Dünya › ,
Tarix: 22:26 10.03.2025

“X” sosial şəbəkəsinin sahibi Elon Mask, platformada saatlardır davam edən texniki problemlərlə bağlı açıqlama verib. O, öz hesabında paylaşdığı mesajda “X-ə qarşı böyük bir kiber hücum yaşadıq və bu hücum hələ də davam edir”,-deyib.

 

Bu gün səhər saatlarından etibarən bir çox istifadəçi “X” platformasına daxil olmaqda çətinlik çəkdiyini və ya xidmətin normal fəaliyyət göstərmədiyini bildirib. Problemin mənbəyi barədə rəsmi açıqlama verilməsə də, Maskın paylaşımına əsasən, əsas səbəbin kiber hücum olduğu hesab edilir.

Hazırda platformanın texniki komandası problemin həlli üzərində çalışır. Bununla yanaşı, hücumun arxasında kimin və ya hansı qrupun dayandığı hələlik məlum deyil.

 

Mənbə:habertürk
Xanım Ağamalıyeva