Ərdoğan: “İmralı nümayəndə heyəti görüş istəsə, təyin edəcəyəm”

Tarix: 21:23 12.03.2025
Prezident Rəcəb Tayyib Ərdoğan İmralı nümayəndə heyətinin xahişi ilə görüş təyin edəcəyini bildirib.
Ərdoğan, "Dəmirtaşın prosesə qarışması mümkündürmü?" sualına cavab verməyib. Prezident Ərdoğan AKP-nin qrup toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan İmralı Nümayəndəliyi üçün görüş təyin edib-etməyəcəyi ilə bağlı suala isə "Qrup başqanımız hazırda bunu qiymətləndirir. Məndən görüş istəsə, edəcəyəm" deyib. Prezident bir jurnalistə MHP sədri Dövlət Baxçalının Səlahəddin Dəmirtaşla görüşünü xatırladıb və “Dəmirtaş daha əvvəl “Mən prosesə töhfə vermək istərdim” demişdi” sualına cavab verməyib.. İmralı nümayəndə heyətindən olan DEM Partiyasının üzvü Sırrı Süreyye Öndər, Qısa Dalğaya verdiyi açıqlamada, "Heyətimiz təyinat tələbini ən qısa zamanda çatdıracaq" deyib.
BBC
Məryəm Zaliyeva