“Gəlin Türkiyənin düşmənlərini bir daha məyus edək”

Tarix: 23:08 13.03.2025
Prezident Ərdoğan, "Qısa müddətdə terrordan azad bir Türkiyəyə nail olmaq üçün göstərdiyimiz səylərdə əhəmiyyətli irəliləyişlər əldə etdik. 40 ildir Türkiyəyə mane olan, on minlərlə insanın həyatını itirməsinə səbəb olan bəladan daimi və qəti şəkildə qurtulmağı hədəfləyirik. Hamımız birlikdə Türkiyə düşmənlərini bir daha məyus edək", -dedi.
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından diqqətçəkən məqamlar belədir:
“Qısa müddətdə terrordan azad bir Türkiyə hədəfinə doğru səylərimizdə əhəmiyyətli irəliləyişlər əldə etdik. İnanıram ki, təxribat, gərginlik yaratmadan, işi çətinə salmadan gözlənilən nəticə tez əldə olunacaq. Bizim məlumat məqsədimiz ilk gündən aydındır. Biz istəyirik ki, bu ölkədə qan və göz yaşı tökülməsin. Biz də yaxşı bilirik ki, 40 illik terror bəlasının kökünün kəsilməsini istəməyənlər var. Terrordan qazanc əldə edən qruplara qarşı da mübarizə aparırıq. İnanıram ki, bütün deputatlarımız eyni həssaslığı nümayiş etdirəcəklər. Gəlin əl-ələ verək. Gəlin Türkiyənin düşmənlərini bir daha məyus edək. Dəstəyinizə görə ölkəm və millətim adından sizə təşəkkür edirəm”.
Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva