Ağ Ev Fransaya ABŞ-in xidmətlərini xatırlatdı-Azadlıq Heykəlinin qaytarılması tələbinə cavab

Tarix: 22:55 17.03.2025
Ağ Ev sözçüsü Fransaya cavab verdi: "Fransızlar indi almanca danışmırsa, bu, ABŞ sayəsindədir".
Ağ Evin mətbuat katibi Kerolayn Levitt Fransa deputatının Azadlıq Heykəlinin geri qaytarılması ilə bağlı tələbinə cavab verib və ABŞ-ın Avropadakı xidmətlərini xatırladıb. RIA Novosti onun sözlərini təqdim edir.
"Mənim o adı çəkilməyən aşağı səviyyəli fransız siyasətçisinə məsləhətim budur: ona xatırladın ki, yalnız ABŞ-in sayəsində fransızlar indi almanca danışmır", – deyə Amerika administrasiyasının nümayəndəsi vurğulayıb.
Levitt qeyd edib ki, ABŞ heykəli geri qaytarmaq niyyətində deyil. Bundan əvvəl Avropa Parlamentinin deputatı Rafael Glyuksman ABŞ-dan Azadlıq Heykəlini Fransaya qaytarmağı tələb edib. "Biz onu sizə hədiyyə etdik, lakin görünür ki, siz ona dəyər vermirsiniz", – deyə siyasətçi bildirib.
Mənbə: lenta ru
Türkan Kərimli