Tramp müttəfiqlərini məyus etdi: Ona etibar etmək olmaz

Bölmə: Dünya › ,
Tarix: 15:44 21.05.2025

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı Ukrayna və onun Qərb müttəfiqlərini məyus edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

 

“Avropa liderləri ilə danışıqlarda Tramp Ukraynada qeyd-şərtsiz atəşkəs və ya heç nəyə əməl edilmədiyi təqdirdə sanksiyaları nəzərdə tutan yanaşma ilə razılaşıb. Görünür, o, Putinlə danışdıqdan sonra bu fikrindən əl çəkib. Bir gündən artıq uzanan məsələlərdə ona etibar etmək olmaz. Deyəsən, onu Ukrayna heç maraqlandırmır”, - məlumatda qeyd olunub.


Bildirilib ki, buna baxmayaraq, Avropa Trampın yenidən öz baxışını dəyişməsinin mümkünlüyünə inanır.