Həm əhali üçün və həm də banklar üçün çox ciddi bir durum yarana bilər - İqtisadçı

Bölmə: İqtisadiyyat › ,
Tarix: 13:04 30.01.2016

"Əgər Mərkəzi Bank dollarla olan kreditlər üzrə yaranmış məzənnə fərqi probleminin həllini öz üzərinə götürməsə, həm əhali üçün və həm də banklar üçün çox ciddi bir durum yarana bilər".

İnformator.az xəbər verir ki, bunu "Ekonomiks” Beynəlzalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov söyləyib.

F.Yusifov diqqətə çatdırıb ki, sözügedən məsələ qısa zamanda həll olunmasa daha ciddin problemlər yaranacaq: "Təsəvvür edin ki, ölkədə problemli kreditlərin həcmi elə bir həddə çata bilər ki, bu, Mərkəzi Bankın özünü çıxılmaz vəziyyətə sala bilər. Əgər Mərkəzi Bank mövcud resurslarının azlığına istinad edirsə, onda qoy müxtəlif formalarda borclanmaya getsin. Bir sözlə, problemi yanlış pul-kredit siyasəti aparmaqla yaradan Mərkəzi Bank indi də onu həll etməyə borcludur".