Lider televiziyasının əməkdaşı kimlərə görə xəcalət çəkir?
Bölmə: MEDİA › ,Tarix: 16:50 28.01.2015
“Televiziya cəmiyyətin aynası, onun ictimai-siyasi şürunun, səviyyəsinin göstəricisidir.”
Bu haqda Lider televiziyasının əməkdaşı Allahverdi Şəfiyev öz facebook hesabında yazıb. Televiziyalarda gördüklərimizin hər kəsi dəhşətə gətirdiyini deyən jurnalist efirin yarıdan çoxunun şou proqramlara həsr edildiyini deyir: “Təsəvvür edin, Televiziyaların 24 saatlıq efir buraxılışının təxminən 15-17 saatı “Palatka Realiti Shou”lara həsr olunur. Bu nə dərəcədə doğrudur..!? Təbii deyəcəksiniz ki, bu cəmiyyətin istəyi, tələbidir. Amma xeyir. Bu sadəcə bəzi "həmkar(kor)"larımın səviyyəsi, reytinq xatirinə əl atdıqları primitiv üsulların nəticəsidir. İnformasiya müharibəsi şəraitində xalqın şürunu ancaq bu tip proqramlara yönəltmək məncə absurd bir şeydir. Bununla cəmiyyətimizin ziyalı təbəqsini, gənc nəslini intihar dərəcəsinə çatdırmısız.”
Azərbaycan telekanallarına ölkə xaricində də baxıldığını deyən Allahverdi Şəfiyev proqramların ümumilikdə Azərbaycanın beynəlxaq imicinə də zərbə vurduğunu bildirib. Fikirlərini bu cür səsləndirməsini isə jurnalist bu cümlə ilə yekunlaşdırıb: “ Fikrimi aciq söylədiyim üçün peşman deyiləm, sadəcə xəcalət çəkirəm.”