Qarayara xəstəliyi (Antraks) və onun simptomları

Bölmə: Maraqlı › ,
Tarix: 21:51 22.05.2025

 

Qarayara (Antraks) — Bacillus anthracis adlı bakteriyanın törətdiyi, həm insanlarda, həm də heyvanlarda baş verə bilən kəskin infeksion xəstəlikdir. Qarayara zoonoz (heyvandan insana keçə bilən) xəstəlik sayılır və əsasən heyvanlarla işləyən insanlar (fermerlər, baytarlar, dəri və yun sənayesi işçiləri) risk altındadır.

 

Mövzu ilə bağlı dermatoloq Pərviz Dadaşov "İnformator.az"a açıqlamasında bildirib ki,bu xəstəliyin bir çox növü mümkümdür və növlərinə görə özünəməxsus təhlükələri vardır:

 

"Qarayara xəstəliyi həşəratlar da, məməlilər də,yırtıcılar da normal halda olur.İnsana isə bu heyvanlardan keçə bilir.Məsələn,ən çoxu biz bunu qəssablarda, fermerlər və s. falan rastlaşırıq.Dəridə olan yara formasında olur.Bunun ən geniş yayılmış forması elə bacillus dəri variantıdır, o , 95% yayılır.Digər variantı isə tənəffüs yollarını tutan bilən inhalation antraks, qastrointestinal mədə/bağırsaq sistemini tutan ,bir də iynə yolu ilə keçən injection antraks növləri vardır.Əsasən, yoluxma müddəti dəridə olan digər yaralar(çapıq,yanıq) və s. oradan bakteriyanın ötürülməsi nəticəsində yoluxmaq mümkündür.Bu da daha çox heyvanlarla sıx əlaqədə olan insanlarda olur.7 gün və bəzən də 19 gün ərzində o klinik forma vermədən bədəndə inkişaf edir və yara formasında ağrısız , qaraya bənzər və genişlənmiş olur.Bu forması çox da təhlükəli deyil.Düzgün müalicə olunduqda düzələ bilir.Digər variantlarda isə ölümcül ola bilər".

 

Ekspert bu xəstəliyin təyinolunma üsullarından da söz açıb:

 

"Qarayaranı təyin eləmək üçün dəridən , digər variantlarda nəcisdən və bəlğəmdən kültür götürülür.Onun da müxtəlif variantları vardır.Vaxtında qoyulmuş diaqnozda düzgün müalicə ilə effekt əldə etmək mümkündür.

 

İnsandan- insana da yoluxma ehtimalı vardır.Yəni, hər hansı bir infeksionlu bir insanın əlinə və yaxud da dərisinə təmas etdikdə sizin bədəninizdə açıq qapı varsa,oradan yoluxa bilər".

 

Nəzrin Məmmədova