Ceyhun Bayramovla BƏƏ-li həmkarı arasında telefon danışığı olub

Tarix: 22:48 22.05.2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Asif Nərimanlı bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirliyi əslində daha öncə kifayət qədər yaxın münasibətlərə həm iqtisadi, həm siyasi müstəvidə yaxın münasibəti olan ölkədir:
“Birləşmiş Ərəb Əmirliyi Azərbaycan üçün ilk olaraq Ərəb dünyasındakı mövqelərinin güclənməsi baxımından lazımdır. Ərəb dünyası dedikdə biz 400 mindən artıq bir bölgədən bəhs edir və buranın həm iqtisadi potensialı kifayət qədər böyükdür, həm siyasi çəkisi kifayət qədər böyükdür. Azərbaycan uzun müddətdir ki, ərəb dünyası ilə daha sıx işləyir. BƏƏ bu dünyanın əsas liderlərinin, aparıcı ölkələrindən biridir və bu halda BƏƏ işləmək, strateji tərəfdaşlığı qurmaq Azərbaycan üçün hər şeydən öncə Ərəb dünyasındakı mövqelərinin güclənməsi vacibdir. Digər tərəfdən, bu məsələyə biz 44 günlük müharibədən sonrakı dövrdə baş verənlər fonunda baxa bilərik. Çünki Ərəb dünyası Qarabağın işğalı dövründə Ermənistan münasibətləri qurmurdu. Amma 44 günlük müharibədən sonra artıq məsələ həll edildikdən sonra təbii ki, Azərbaycan da bunlara artıq Ərəbistan və Ərəb dünyası ilə Ərəb ölkələri ilə Ermənistan arasında müəyyən iqtisadi və siyasi münasibətlərin qurulması görünür. Bu məsələdə ən aktiv ölkələrdən BƏƏ hazırda Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib. Yəni bu, beynəlxalq münasibətlər sistemində normal qarşılanır. Bir ölkə digər ölkə ilə istədiyi formada əlaqə qura bilər. Təbii ki, bu, Azərbaycanda Birləşmiş Ərəb Əmirliyinin münasibətlərinə də təsir edir. Amma bizim üçün Azərbaycanın bu regionla bağlı strateji planlar Birləşmiş Ərəb Əmirliyi Ermənistanla bu qədər yaxınlaşması heç də qəbul olunmur, maraqlarımıza uyğun gəlmir. Bu baxımdan biz görünür, həm də münasibətləri daha da sıxlaşdırmaqla Ermənistanın bu prosesdə önə çıxmaq imkanlarının qarşısını almaq niyyətindəyik. Bu siyasi və strateji baxımdan çox doğru bir yanaşmadır. Sözsüz ki, bu da Cənubi Qafqazda güc balansına təsir edəcəyini düşünmürlər. BƏƏ Azərbaycan münasibətləri, Ermənistan BƏƏ ilə olan münasibətlər fonunda Cənubi Qafqazda güc balansının dəyişməsinin qarşısını ala bilər. Çünki güc balansı faktiki Azərbaycanın xeyrinədir. Amma Ermənistanın Ərəb dünyasının, Ərəb ölkələri ilə BƏƏ başda olmaqla bu cür əlaqələri regionda Ermənistanın güclənməsinə gətirib çıxardır ki, bu, Azərbaycanın əsas gücü olan balansı poza bilər, yaxud da gələcəkdə pozula bilər. Bir növ Azərbaycan 5 ilə münasibətlərlə bu balansı qoruyub saxlamağa çalışır. Burada ən önəmli məsələ həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığıdır. Birləşmiş Ərəb Əmirliyi son 4 il ərzində 44 günlük müharibədən sonrakı dövrdə biz baxdıqda BMT-də Fransanın xüsusən rəhbərliyi altında Ermənistanın Qərb ölkələrindəki tərəfdaşlarının Azərbaycana qarşı hazırladığı və qəbul etməyə çalışdıqları qətnamələrin qarşısının alınmasında böyük rol oynayıb. Yəni, xüsusən BMT-nin Təhlükəsizlik Şurası çərçivəsində ən azı 3 belə cəhd oldu. Hər cəhddə bunun əleyhinə çıxan ölkələrdən biri də məhz BƏƏ idi. Bu da o deməkdir ki, Azərbaycan bu cür strateji tərəfdaşlığı beynəlxalq müstəvidə qarşılıqlı dəstəyə gətirib çıxarır. Belə təcrübə də var. Şübhəsiz ki, BƏƏ üçün Azərbaycan kifayət qədər strateji bir tərəfdaşdır. Birləşmiş ərəblər bununla həm Cənubi Qafqazda əsas gücü ilə daha sıx məsələ qurur, digər tərəfdən, bu coğrafiyadakı nəqliyyat şəbəkələrində iştirak imkanları qazanır. Hansı ki, Azərbaycan üzərində birləşən nəqliyyat şəbəkələrində, digər tərəfdən də beynəlxalq müstəvidə Azərbaycan kimi tərəfdaşın dəstəyini əldə edir”.
Aysel Mirzəyeva