İpoteka Fondunun agent bankları indiyədək 17 min 988 ipoteka krediti verib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 10:11 08.02.2016

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 988 ipoteka krediti verib.

AİF-dən İnformator.az-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 730 milyon 372 min 420 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.