"Putin və Zelenski ilə görüşə hazıram"-Tramp

Bölmə: Siyasət › ,
Tarix: 22:56 28.05.2025

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə iştirak etməyə hazır olduğunu bildirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirdiyi görüşdə jurnalistlərə bildirib.

 

Belə bir üçtərəfli görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı suala Tramp zərurət yaranarsa, iştirakını istisna etməyəcəyini bildirib.

 

O, həmçinin qeyd edib ki, indiki mərhələdə Rusiya prezidenti ilə görüşə hazırlıq gedir və əlavə edib ki, proses yaxşı gedir, lakin yekun nəticələr daha sonra bəlli olacaq.