"Neftçi"nin Polşadakı hazırlıq prosesi davam edir

Tarix: 20:16 14.07.2025
“Neftçi” futbol klubu 2024/25 mövsümünə ciddi hazırlıqla start verib. Komanda ilk mərhələdə Bakıda çalışdıqdan sonra hazırda Polşada təlim-məşq toplanışını davam etdirir. Bu mərhələdə beynəlxalq yoxlama oyunları ilə həm fiziki hazırlıq, həm də taktiki baxışlar test edilir. Rəqiblər arasında İsrail, Polşa, Yunanıstan və Kipr klubları var. Bu, klubun yalnız mövsümə deyil, həm də Avrokuboklar və daxili yarışlarda uğurlu çıxış üçün əsas hazırlıq platformasıdır.
Mövzu ilə bağlı Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov "İnformator.az"a açıqlamasında bildirib ki , bu hazırlıq futbolçularımız üçün çox vacibdir.Çünki burada təlim - məşq toplanışı nəticəsində , təməl yaradılır:
"Bu hazırlıq çempiontlıq üçün hazırlanır.Sonda Avropa kuboklarına düşüb - düşməmək bəlli olacaq. Amma, ümumillikdə bütün klublar təlim-məşq yoxlanışı keçməlidir ki , təməl olsun."Neftçi" futbol klubu da bunlardan biridir.Ümumi götürəndə gənc futbolçular ilə yox , bütün futbolçulara təlim-məşq toplanışında şans verilir.Düşünürəm ki , bu təlim-məşq toplanışı çempionata hazırlıq üçündür və orada hansı futbolçu hazır olacaqsa , ona da üstünlük veriləcək.
Hazırlıq dönəmində heç bir fərq yoxdur.Sadəcə olaraq, Avropa kuboklarda oynayanlarla oynamayanların fərqi odur ki , Avropa kuboklarda oynayanlar daha tez yığılır , daha tez təlim-məşq toplanışına gedir.O biri klublar bir az gec olur.Komandanı formalaşdırmağa vaxtları da olur".
Nəzrin Məmmədova