Donetsk və Zaporojye: Rusiya yeni əraziləri işğal edib

Bölmə: Siyasət › ,
Tarix: 20:14 14.07.2025

2025-ci ilin iyul ayında Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətində Mayak, Zaporojye vilayətində isə Malinovka yaşayış məntəqələrini işğal etməsi beynəlxalq ictimaiyyətin diqqətini yenidən Ukrayna müharibəsinə yönəldib.Bu hadisə, uzunmüddətli müharibənin gedişatında strateji bir dönüş nöqtəsi kimi qiymətləndirilir. Rusiya Müdafiə Nazirliyinin yayımladığı məlumata əsasən, bu əməliyyatlar Ukrayna ordusunun müqavimətini zəiflətmək və cəbhə xəttində üstünlüyü ələ almaq məqsədi daşıyır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Elşad Mirbəşiroğlu " İnformator.az" a açıqlamasında bildirib ki , Rusiya- Ukrayna arasında yenə vəziyyət gərginləşib və bu gərginliyin yaxın zamanlarda daha da artacağını düşünürəm:

 

"Aydın müşahidə olunur ki , Rusiya-Ukrayna cəbhəsində vəziyyət daha da gərginləşir və nəzərə almaq lazımdır ki , Ukrayna Rusiyanın yay üçün yeni hücum planı olduğunu bildirmişdir. Rusiyanın bu plandan geri qaldığını da söyləmişdir.Əslində , bu cəbhədə vəziyyətin göstəricisidr.Yəni, Rusiyanın planının iflasa uğramasından yox , geri qalmasından danışan Ukrayna bununla etiraf edir ki , üstünlük Rusiya tərəfdədir.Deməli , həm Qərb Kütləvi İnformasiya Vasitələrində , həm də Rusiya Kütləvi İnformasiya Vasitələrində Rusiyanın Ukrayna ərazisində irəlilədiyini qeyd edirlər.Bu da , sözsüz ki , strateji üstünlüyün Rusiya tərəfində olduğunu göstərir.Bu baxımdan hesab edirəm ki , cəbhədə həlledici amil rolunda çıxış edəcək və münaqişənin getdikcə daha ciddi silahlı qarşıdurma halına alınacağı ehtimalları gücləndirir.Amma nəzərə almaq lazımdır ki , ABŞ prezidentinin nümayəndəsi Ukraynaya səfər edib və 1 həftə orada qalacaqdır. Ukrayna prezidenti bildiribdir ki , Rusiyanın imkanları haqqında da Ukraynanın perspektivləri haqqında tam məlumatı Keyt Kelloq ' a ötürəcəkdir.Bu da o deməkdir ki , Ukrayna tərəfidə ciddi müqavimət göstərmək niyyətindədir.Amma bu müqavimətin perspektivləri necə olacaqdır ? sualını yaradır.

 

İndiki reallıqlar göstərir ki , Ukraynanın ciddi müqavimət göstərmək üçün imkanları artıq zəifləmişdir və müvafiq olaraq da hücüm imkanları hazırda mövcud deyil.Düzdür, Rusiya - Ukrayna arasında atəşkəs rejimi olsaydı , o zaman Ukrayna yenidən silahlanma üçün vaxt qazanmış olardı, Rusiya tərəfidə buna görə müvəqqəti rejimə keçmədi.Hazırda , Qərb bölgələri Ukraynaya silahlı qüvvələr göndərmə məsələsini çox aktiv müzakirə edirlər.Burada yaxın zamanda ortaq qərar olacaqsa , artıq Rusiya ilə NATO arasında açıq qarşıdurmanın olduğunu deyə biləcəyik.ABŞ Ukraynaya hücüm qüvvələri vermək istədiyini də bildirib.Bu da yaxın gələcəkdə tərəflər arasında daha qanlı qarşıdurmaların olacağını göstərəcəkdir".

 

Ekspert Rusiyanın bu əraziləri ələ keçirməklə hansı üstünlükləri əldə etməsindən də söz açıb: 

 

"Rusiyanın Donetsk və Zaporojye istiqamətində irəliləməsi hesab edirəm ki , Ukraynanın müqavimətinin əhəmiyyətli dərəcədə qırılması anlamına gəlir və bu Rusiyaya strateji üstünlük verəcəkdir, onun daha sürətlə irəliləməsinə şərait yaradacaqdır. 

 

Artıq müharibə resurs mərhələsində çox qalmayacaq, çünki resurs müharibəsi öz effektini vermədi.Dedilər ki , Rusiya müharibədə tab gətirə bilməyəcək , amma görünən odur ki , Ukrayna ərazisində irəliləyən tərəf Rusiyadır.Bu bir faktdır.Ona görə də , bugünki reallıq onu göstərir ki , Rusiya artıq strateji üstünlük əldə edibdir və sonraki vəziyyət elə Rusiyanın bu üstünlüyünün təsiri altında cərəyan edəcək".

 

Nəzrin Məmmədova