Ukraynaya silah tədarükünü NATO və ABŞ-nin daimi nümayəndəsi koordinasiya edəcək

Tarix: 19:52 14.07.2025
Amerikanın Ukraynaya silah tədarükünü NATO və ABŞ-nin alyansdakı daimi nümayəndəsi Metyu Uitaker koordinasiya edəcək.
"İnformator.az" BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp bildirib.
“Biz birinci dərəcəli silahlar istehsal edib NATO-ya göndərəcəyik. Sonra NATO onları lazım olan yerlərə yönəldəcək”, - o deyib.