Məşhur Britaniya dramaturqu Bakıda təlim keçəcək

Bölmə: Dünya › ,
Tarix: 08:27 01.06.2025

İyunun 10–12-də dəstəyi ilə CHARACTERS Müasir Dramaturgiya Festivalı çərçivəsində “CHARACTERS Britaniya dramaturgiyasını təqdim edir” adlı xüsusi proqram baş tutacaq.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, tədbir Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək.


Layihəyə tanınan britaniyalı dramaturq Rori Mullarki tərəfindən aparılacaq üçgünlük dramaturgiya təlimi və müasir Britaniya dramaturgiyasından Azərbaycan dilinə tərcümə olunmuş üç pyesin oxunuşu daxildir. Bütün tədbirlərdə iştirak ödənişsizdir, lakin öncədən qeydiyyat mütləqdir.