İspaniyada sənətçilər İsraili etirazla boykot edir: Sonar festivalından çəkilirlər

Bölmə: Dünya › ,
Tarix: 19:27 03.06.2025

İspaniyanın Barselona şəhərində 12-14 iyun tarixlərində keçirilməsi planlaşdırılan Sonar musiqi festivalında çıxış etməli olan 28 sənətçi, İsrailin Fələstin siyasətinə etiraz əlaməti olaraq festivalda iştirak etməyəcəklərini açıqlayıblar.

 

Sənətçilər, festivalın təşkilatçılarından birinin işğal altındakı Fələstin torpaqlarında qanunsuz yaşayış məntəqələrinin maliyyələşdirilməsində rolu olan KKR adlı sərmayə fondu ilə əlaqəsinə görə bu qərarı verdiklərini bildiriblər.

 

Proqramdan çıxanlar arasında Abadir, Akyute & Alice Sparkly Kat, Ancient Pleasure, Animistic Beliefs & Jeisson Drenth, Dj Paca, Dj Sosa RD və Tiyumii kimi adlar yer alır.

 

Festival rəhbərliyi isə yayımladığı rəsmi açıqlamada, Fələstin xalqına qarşı həyata keçirilən soyqırımı qətiyyətlə pislədiklərini və insan haqları mövzusunda açıq mövqe sərgilədiklərini vurğulayıb. Həmçinin KKR ilə maliyyə əlaqəsinin 2018-ci ildə əsas investorun Superstruct Entertainment tərəfindən alınmasından sonra yarandığını qeyd edib.

 

Sonar bu cür etirazlarla üzləşən yeganə festival deyil. İspaniyanın Vina Rock, Resurrection Fest, Arenal Sound və Benicassim Beynəlxalq Festivalı kimi digər musiqi tədbirlərində də KKR ilə bağlı oxşar səbəblərlə bir çox sənətçi çıxışını ləğv edib.

 

 

TRT Xəbər 

Xəlilli Nigar