Gerasimov Donetskdəki Rusiya hərbi hissələrinə baxış keçirib

Bölmə: Dünya › ,
Tarix: 14:27 18.06.2025

 

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov Donetsk vilayətindəki Krasnoarmeysk istiqamətində yerləşən Döyüş Qrupu Mərkəzinin hərbi hissələrinə baxış keçirib. 

 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Gerasimov irəli komanda məntəqələrində komandirlərin məruzələrini dinləyib, qarşıdakı vəzifələri müəyyənləşdirib və döyüş tapşırıqlarının icrasını yoxlayıb.

Qeyd edək ki, Baş Qərargah rəisi xüsusi fərqlənən hərbçiləri mükafatlandıraraq, onlara göstərdikləri şücaətə görə təşəkkür edib. Həmçinin o, çıxışında Donetsk torpaqlarının tam azad olunmasını arzuladığını bildirib.

 

TASS

Fatimə Şahverdiyeva