Ukraynada çoxsaylı vətəndaşlıq institutunun tətbiqi haqqında qanun qəbul edilib

Bölmə: Dünya › ,
Tarix: 14:30 18.06.2025

Ukrayna Ali Radası çoxsaylı vətəndaşlıq institutunun tətbiqi haqqında qanun qəbul edib.

 

"İnformator.az"ın Ali Radadan verdiyi məlumata görə, qanun layihəsi aylardır mübahisədən sonra iyunun 18-də ikinci oxunuşda qəbul olunub.

 

Sənəddə göstərilir ki, bu qanunun qəbul edilməsi müharibə səbəbindən Ukraynadan məcburi şəkildə ayrılmış vətəndaşların geri qayıtması üçün şərait yaratmağa, həmçinin onların Ukrayna vətəndaşlığını qorumağa kömək edəcək.


Bundan əlavə, bu, bəzi kateqoriyalı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Ukrayna vətəndaşlığını əldə etmək imkanlarını genişləndirəcək.