İsrail-İran münaqişəsi fonunda iranlılar Ermənistana üz tutur

Bölmə: Dünya › ,
Tarix: 00:02 21.06.2025

 

İran və İsrail arasında artan hərbi gərginlik səbəbindən çox sayda iranlı Aqarak sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana sığınır. Münaqişə iyunun 13-də İsrailin İran ərazilərinə, o cümlədən hərbi və nüvə obyektlərinə hücumu ilə başlayıb. Qarşılıqlı zərbələr nəticəsində yüzlərlə insan həyatını itirib.

 

Tehran və Təbriz kimi şəhərlərdə təhlükə artdığından, sakinlər partlayış səsləri və narahatlıq səbəbilə ölkəni tərk edirlər. Bəzi iranlılar Ermənistandan digər ölkələrə – Avstraliya, Avstriya, Almaniyaya – qayıdır, digərləri isə müvəqqəti təhlükəsizlik axtarışındadır.

 

Bununla yanaşı, bəzi vətəndaşlar ölkəyə sadiqlik nümayiş etdirərək geri dönür və ölümdən qorxmadıqlarını deyirlər. İran ictimaiyyətində İsrailə qarşı kəskin mövqelər də müşahidə olunur. Münaqişənin davam etdiyi fonda narahatlıq, siyasi qeyri-müəyyənlik və humanitar risklər artır.

 

Mənbə: BBC
Türkan Kərimli