Putin: “Ukrayna bizimdir, biz bir xalqıq”

Bölmə: Dünya › ,
Tarix: 00:10 21.06.2025

 

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Ukrayna və Rusiya xalqlarını "bir xalq" adlandıraraq, "Bütün Ukrayna bizimdir" deyib. O, Rusiya ordusunun Sumı vilayətindəki irəliləyişindən danışıb və Ukraynanın "çirkli bomba"dan istifadə edəcəyi təqdirdə sərt cavab veriləcəyini bildirib.

 

Putin Üçüncü Dünya Müharibəsi riskindən narahat olduğunu, Ukrayna və Yaxın Şərqdəki hadisələrin bu ehtimalı artırdığını deyib. O, həmçinin Rusiya iqtisadiyyatının sabit şəkildə inkişaf etdiyini, rəqəmsal texnologiyaların və ordunun müasirləşdirilməsinin prioritet olduğunu vurğulayıb.

 

Çinlə əməkdaşlıqdan danışan Putin, yeni dünya nizamının Rusiya və Çin tərəfindən yaradılmadığını, bunun təbii proses olduğunu qeyd edib.

 

Mənbə: CNN Türk
Türkan Kərimli