Tramp: Şərtlər imkan versə, atəşkəsi dəstəkləyərəm

Tarix: 00:14 21.06.2025
ABŞ Prezidenti Donald Tramp gündəmə dair verdiyi açıqlamada Yaxın Şərqdəki vəziyyətə və İranla münasibətlərə toxunub. O bildirib ki, İran Avropa ölkələri ilə deyil, birbaşa ABŞ-lə danışmaq niyyətindədir. Tramp bu danışıqların mümkünlüyünü istisna etməyib, lakin hələlik konkret qərar vermədiyini qeyd edib.
Tramp əlavə edib ki, İsrail hərbi sahədə üstünlük nümayiş etdirir, İran isə ciddi müqavimət göstərir. O, bölgədəki gərginliyin hələlik bitəcəyinə dair bir işarə görmədiyini də vurğulayıb.
ABŞ Prezidenti eyni zamanda qeyd edib ki, şərtlər əlverişli olarsa, münaqişənin dayandırılması və atəşkəsin əldə olunması istiqamətində təşəbbüsləri dəstəkləyə bilər. Onun fikrincə, vəziyyətin gedişatı yaxın günlərdə daha da aydınlaşacaq.
Mənbə: Haber Global
Türkan Kərimli