Almaniya, İrana vətəndaşlarının qorunmasını tələb edib

Tarix: 21:06 20.06.2025
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner bildirib ki, İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurmada hər iki tərəf mülki itkiləri minimuma endirmək və xüsusilə dinc əhalini qorumaq üçün əllərindən gələni etməlidirlər.
Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Anadolu Agentliyinin müxbirinin Alman hökuməti İsrailin İranda mülki hədəflərə hücumlarını qınayırmı? - sualına cavab verən Vaqner deyib:
“Əlbəttə ki, hər bir mülki itkini çox hesab edirik. Beynəlxalq humanitar hüquq qüvvədədir. Hər kəs mülki vətəndaşları qorumaq üçün mümkün olan bütün tədbirləri görməyə borcludur”.
O əlavə edib ki, İsrail və İranın fəaliyyətləri arasında fərq gördüyünü düşünür:
“İsrail şəhərlərinə ayrı-seçkilik qoyulmadan atılan ballistik raket hücumlarının, İsrailin hərbi əməliyyatlarından fərqli xarakter daşıdığını hesab edirəm. Bütün tərəflər, o cümlədən İsrail mülki itkiləri məhdudlaşdırmaq və dinc əhalini xüsusilə qorumaq üçün mümkün olan hər şeyi etməlidirlər”, – deyə Vaqner vurğulayıb.
HABER GLOBAL
Nuray Əliyeva