İngiltərə İrandakı səfirlik əməkdaşlarını geri çağırıb

Bölmə: Dünya › ,
Tarix: 21:37 20.06.2025

 

İngiltərə İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalardan sonra bölgədəki təhlükəsizlik vəziyyəti səbəbilə İrandakı səfirliyində çalışan britaniyalı heyəti müvəqqəti olaraq geri çağırdığını açıqlayıb.

 

İngiltərə Xarici İşlər Nazirliyinin yaydığı yenilənmiş səyahət xəbərdarlığında qeyd olunub: “İngiltərə ehtiyat tədbiri olaraq, heyətini müvəqqəti olaraq İrandan geri çağırmaq qərarı alıb. Səfirliyimiz fəaliyyətini məsafədən davam etdirir”.

 

Bundan əlavə, İngiltərənin xarici işlər naziri Devid Lammi sosial media platforması X-də etdiyi paylaşımda hava məkanının yenidən açılmasından sonra ingilis vətəndaşları üçün Təl-Əvivdən çarter reyslərinin təşkil olunacağını bildirib.

 

Lammi həmçinin britaniyalı vətəndaşlara müraciət edərək İsraildə olduqları təqdirdə məlumat vermələrini və rəhbərlik (təlimat) ala bilmələri üçün əlaqə saxlamalarının vacib olduğunu qeyd edib.

 

TRT XƏBƏR

Lalə Qurbanlı