Üçüncü Dünya Müharibəsi ehtimalı artır-Putin

Tarix: 21:45 20.06.2025
Rusiya Prezidenti Putin Üçüncü Dünya Müharibəsi ehtimalının artdığını bildirərək deyib: “Ukrayna və Yaxın Şərqdəki hadisələr, eləcə də mümkün risklər nəzərə alındıqda, bu səbəbdən narahatlıq duyuram”.
Putin İsrailin İran lideri Xameneiyə qarşı sui-qəsd hədəsi ilə bağlı olaraq “Ümid edirəm ki, bu sadəcə bəyanat olaraq qalacaq”,- deyib.
O, həmçinin bildirib: “Rus və Ukrayna xalqlarının bir xalq olduğunu düşünürəm. Bu baxımdan Ukraynanın hamısı bizə məxsusdur. Rus əsgərinin ayaq basdığı hər yer bizə aiddir”.
TRT XƏBƏR
Lalə Qurbanlı