Tarixdə ən böyük məlumat sızması

Bölmə: Dünya › ,
Tarix: 21:58 20.06.2025

2025-ci ilin əvvəlindən bəri aparılan araşdırmalar nəticəsində məlum olub ki, dünyada müxtəlif platformalarda istifadə edilən 16 milyarddan çox istifadəçi məlumatı oğurlanıb. Bu, indiyədək qeydə alınmış ən böyük məlumat sızması hadisəsi hesab olunur.

 

"Cybernews" adlı kiber təhlükəsizlik portalının məlumatına görə, 30 böyük verilənlər bazası infostealer (məlumat oğurlayan) zərərli proqramlar vasitəsilə ələ keçirilib. Bu bazalarda Apple, Facebook, Google, GitHub, Telegram və bəzi dövlət xidmətlərinə aid istifadəçi məlumatları yer alır.

 

Sızan məlumatların hesablara giriş üçün istifadə oluna biləcək səviyyədə kritik olduğu və hətta “silah olaraq istifadə edilə biləcək kəşfiyyat həcmi”nə sahib olduğu bildirilib. May ayında artıq 184 milyon istifadəçi məlumatının sızdırıldığı müəyyən edilmişdi və onların da bu 30 verilənlər bazasında olduğu təsdiqlənib.

 

Anadolu Agentliyi
Billurə Quliyeva