Adlarını Hitler kimi zalimlərin yanına utancla yazdırıbar

Tarix: 22:18 20.06.2025
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Netanyahu və onun hökuməti aylardır heç bir qayda, qanun, əxlaq, sərhəd tanımadan təkəbbürlə törətdikləri zülmlər səbəbilə artıq adlarını Hitler, Pol Pot kimi dövrümüzün zalimləri ilə yanaşı utanc içində yazdırıblar”.
Prezident Rəcəb Tayyib Ərdoğan Haliç Universitetinin Konqres Salonunda təşkil olunan “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu”nda iştirak edib.
“İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu münasibətilə sizinlə bir araya gəlməkdən böyük məmnunluq duyuram. İslam coğrafiyasının müxtəlif ölkələrindən foruma təşrif buyuran hər bir qonağımıza xoş gəlmisiniz deyirəm. Qitələrin, qəlblərin, mədəniyyətlərin qovuşma nöqtəsi olan İstanbulumuzda siz, gənc qardaşlarımla birlikdə olmaqdan duyduğum məmnuniyyəti buradan öncəliklə ifadə etmək istəyirəm. Sizin vasitənizlə İslam aləminin dörd bir yanındakı gənc qardaşlarıma salamlarımı və sevgilərimi göndərirəm”.
Trt xəbər
Asiman Vəliyeva