“Trabzonspor” Wagner Pina'nın əvəzini açıqlayıb!

Tarix: 23:40 21.06.2025
“Trabzonspor" "Eştoril"dən transfer etdiyi Vaqner Pinanın qiymətini açıqlayıb. Pedro Malheiro ilə yollarını ayıran "Trabzonspor" "Eştoril"də çıxış edən Vaqner Pinanı heyətinə qatıb.
Klaret-Mavilər, Vaqner Pina transferi üçün 3 milyon avroluq müqavilənin ləğvi haqqının 3 hissədə ödəniləcəyini açıqlayıb.Bildirilib ki, Vaqner Pina ilə 4 illik müqavilə imzalanıb.
Mənbə: A Haber
Çimnaz Telmanqızı