ABŞ-də İrana hücum etdiyi üçün Tramp barəsində verilən impiçment təklifi rədd edilib

Bölmə: Dünya › ,
Tarix: 12:17 25.06.2025

ABŞ Konqresinin Nümayəndələr Palatasında, İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalara ABŞ-nin da hava zərbələri ilə qoşulması səbəbilə Prezident Donald Tramp barəsində təqdim edilən impiçment (vəzifədən uzaqlaşdırma) təklifi rədd edilib.


Təklif Texas ştatından Demokrat Nümayəndə Al Green tərəfindən irəli sürülüb.


ABŞ-nin Konqresin razılığı olmadan İrana qarşı həyata keçirdiyi hava hücumlarına görə Prezident Trampın vəzifəsindən uzaqlaşdırılmasını istəyən təklif səsverməyə çıxarılıb. Təklif 79 “lehinə” səsə qarşı 344 “əleyhinə” səslə rədd edilib.


Səsvermədə böyük əksəriyyətin “əleyhinə” səs verməsi, Demokratların ABŞ-nin İrana qarşı hücumlarından narahatlıq keçirmələrinə baxmayaraq, Prezidentin vəzifədən uzaqlaşdırılmasına maraqlı olmadıqları kimi dəyərləndirilib.


Nümayəndələr Palatasındakı 435 yerdən 220-si Respublikaçıların, 212-si isə Demokratların əlindədir, 3 yer isə hazırda boşdur.


TRT HABER
Solmaz Muradova