Trendyol 1. Liqasında oyun cədvəlinin müəyyən olunma tarixi bəlli olub

Tarix: 19:41 27.06.2025
Trendyol 1. Liqada 2025–2026 mövsümünün oyun cədvəli 7 iyul Bazar ertəsi günü müəyyən olunacaq.
Saat 14:00-da başlayacaq tədbir Hasan Doğan Milli Komandalar Təlim və Tədris Mərkəzinin Orhan Saka Konfrans Zalında keçiriləcək. Oyun cədvəlinin tərtibində “Trendyol 1. Liqa” komandalarının prezidentləri və rəhbərləri iştirak edəcək.
Mənbə: TRT Haber
Nigar Həsənzadə