Ana
Bölmə: Araşdırma › ,Tarix: 09:48 02.05.2016
BDU, Jurnalistika fakültəsi I kurs tələbəsi
Ruslan Yusif
Ana
Gecələr yatmayıb, sübhə qədər sən,
Əziyyət çəkmisən, üstümdə Ana !
Ömründən o gözəl, gümrah vaxtları,
Mənim ömrüm üçün vermisən Ana !
Sən necə gözəlsən, necə şirinsən,
Gözlərinə baxıb, doymuram Ana !
Bütün gözəlliklər, səndə cəmlənib,
Gözəllik görməkdən, bezmirəm Ana !
Vaxt olub inciyib, küsmüsən məndən,
Qəlbin lap kövrəkdir, incədir Ana !
İstərdim bu sözü, unutmayasan,
Mən səni Sevirəm, Sevəcəm Ana !