Hollivud ulduzu Maykl Madsen 67 yaşında vəfat edib

Bölmə: Dünya › ,
Tarix: 11:23 04.07.2025

Maykl Madsenin meneceri Ron Smit bildirib ki, onun ölümünə ürək dayanması səbəb olub. Hollivud aktyoru Maykl Madsen ABŞ-də, 68 yaşında vəfat edib.

 

Madsen cümə axşamı səhər Kaliforniyanın Malibu şəhərindəki evində huşsuz vəziyyətdə tapılıb. Bu barədə Los-Anceles dairə şerif departamentinin patrul xidməti rəisi məlumat verib.
Ölümün təbii səbəblərdən baş verdiyi ehtimal olunur. Menecer Ron Smit-in sözlərinə görə, ehtimal olunur ki, aktyor ürək dayanmasından ölüb.
Onun aktyor karyerası 40 ildən çox davam edib. Madsen 300-dən çox filmdə rol alıb. Ən məşhur işlərindən bəziləri Kventin Tarantinonun filmləri olan "Quduz itlər", "Bill’i öldür" və "İyrənc səkkizlik"dir.
2020-ci ilin noyabrında TCL Çin Teatrında əl izlərinin götürülməsi mərasimində Madsen Hollivuda ilk səfərini xatırlayaraq demişdi:
"Maşından düşdüm, gəzdim, baxdım və düşündüm — bu yer nə vaxtsa mənim bir hissəm olacaqmı? Bilmirdim… Mən daş ustası, memar, zibilçi ola bilərdim. Heç kim də ola bilərdim. Amma mənim bəxtim gətirdi. Aktyor kimi bəxtim gətirdi", – deyə o söyləmişdi.
Son illərdə Madsen müstəqil filmlərdə çəkilir və bir kitab üzərində işləyirdi.

 

Euronews
Fatimə Heydərova