İmamoğluna qarşı saxta diplom ittihamı

Bölmə: Dünya › ,
Tarix: 16:35 04.07.2025

İstanbul Böyükşəhər Bələdiyyəsinin fəaliyyəti dayandırılmış bələdiyyə sədri Əkrəm İmamoğlunun ali təhsil alması ilə bağlı başladılan istintaq üçün ittihamnamə hazırlanıb.


Prokurorluq İmamoğlunun “rəsmi sənədləri ardıcıl saxtalaşdırmaq” ittihamı ilə 2 il 6 aydan 8 il 9 aya qədər həbs cəzası və siyasi qadağa tələb edib. İstanbul Universiteti martın 20-də İmamoğlunun diplomunu ləğv edib. İmamoğlu diplomu ləğv etmək səlahiyyətinin yalnız Biznesin İdarəedilməsi Fakültəsinin İdarə Heyətinə aid olduğunu müdafiə edərək, "Bu qərarı verənlərin tarix və ədalət qarşısında cavab verəcəyi günlər yaxındır. Ədalətə, hüquqa, demokratiyaya susamış millətimizin yürüşünü dayandırmaq olmaz" deyib.
İstanbul Universiteti qərarı ilə bağlı bütün məlumat və sənədləri İstanbul Respublika Baş Prokurorluğu və YÖK-ə göndərəcəyini açıqlayıb.


BBC News
Aysel Mirzəyeva