Rusiya kimyəvi silahdan istifadə ittihamı ilə üzləşib

Tarix: 16:35 04.07.2025
Hollandiya və Almaniya kəşfiyyat xidmətləri Rusiyanın Ukrayna əsgərlərinə qarşı xloropikrin də daxil olmaqla kimyəvi maddələrdən geniş istifadə etdiyini açıqlayıb. Hollandiyanın müdafiə naziri Brekelmans bu halların minlərlə nümunəsinin olduğunu, azı üç ölüm və 2500-dən çox simptomlu halın qeydə alındığını bildirib.
Məsələ Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasının ciddi pozuntusu kimi qiymətləndirilib. OPCW əvvəlki ittihamların yetərli əsaslara söykənmədiyini bildirsə də, tam araşdırma aparmayıb. Rusiya və Ukrayna isə bir-birini ittiham edib.
Eyni vaxtda Ukrayna müharibə dövrünün ən böyük dron və raket hücumuna məruz qalıb – Moskva bir gecədə 539 dron və 11 raket atıb, nəticədə 23 nəfər yaralanıb, ciddi infrastruktur ziyanı olub. Rostovda isə Ukrayna dronu hücumu nəticəsində bir qadın ölüb. Eyni gün iki ölkə növbəti əsir mübadiləsini həyata keçirib, lakin əsgərlərin sayı açıqlanmayıb.
Diplomatik sahədə Tramp Putinlə telefon danışığını “məyusedici” adlandırıb və Zelenski ilə danışıqlar planlaşdırdığını bildirib. ABŞ isə bəzi silahların, o cümlədən Patriot və Hellfire raketlərinin Kiyevə çatdırılmasını dayandırıb. Bu addım Bayden administrasiyasının inventarı yenidən qiymətləndirməsi və Trampın daha ehtiyatlı hərbi siyasət prioritetləri ilə əlaqələndirilir. Putin və Tramp bu silah dondurulması barədə telefonla danışmayıb.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə