Tramp ölkələrə tarif məktubları göndərir

Bölmə: Dünya › ,
Tarix: 16:37 04.07.2025

ABŞ prezidenti Donald Tramp sabahdan etibarən müxtəlif ölkələrə nə qədər tarif ödəyəcəklərini bildirən məktublar göndərəcəklərini açıqlayıb.

 

Bu kontekstdə rekord artım əldə edəcəklərini ifadə edən Tramp, "İlk dövrüm çox, çox uğurlu keçib. Ölkəmiz tarixində ən böyük iqtisadiyyata malik idik. Düşünürəm ki, biz bu müddəti keçəcəyik”.

 

Tramp Ayova ştatında bir tədbirə qatılmaq üçün paytaxt Vaşinqtondan ayrılarkən mətbuat mənsublarına açıqlamalar verib. Ticarət razılaşmaları ilə bağlı əsas istəyinin "ölkələrə məktublar göndərmək və onlara ödəyəcəkləri tarif dərəcəsini söyləmək" olduğunu vurğulayan Tramp, "Bu, çox asandır. Bildiyiniz kimi, 170-dən çox ölkə var və nə qədər razılaşma əldə edə bilərsiniz? Yaxşı müqavilələr bağlaya bilərsiniz, lakin onlar çox daha mürəkkəbdir" deyib. Sabahdan etibarən yəqin ki, müxtəlif ölkələrə “tarif məktubları” göndərəcəklərini söyləyən Tramp, “Müxtəlif ölkələrə ABŞ ilə ticarət etmək üçün nə qədər pul ödəyəcəklərini söyləyəcək, gündə bəlkə də 10 məktub göndərəcəyik” deyib.


BBC News

Aysel Mirzəyeva