Dondurmanın Gizli Təhlükəsi: -Uşağınızın Sağlamlığı Risk Altında Ola bilər!

Tarix: 16:45 04.07.2025
Yay aylarının vazkeçilməz desertlərindən biri olan dondurma, xüsusilə uşaqlar üçün təravətləndirici və zövqlü seçim olsa da, hazır dondurmaların sağlamlığa ciddi mənfi təsirləri ola bilər. Bazar rəflərindəki bu məhsullar şirin dad verməklə yanaşı, sağlamlıq üçün müəyyən risklər də yarada bilər. Mütəxəssislər hazır dondurmaların tərkibindəki qatqıların səbəb ola biləcəyi sağlamlıq problemləri ilə bağlı xəbərdarlıq ediblər.
Uşaq Nefrologiyası Mütəxəssisi Prof.Dr.Cihangir Akgün hazır dondurmaların tərkibindəki konservantların və süni tatlandırıcıların uşaqlarda diqqət əskikliyi, davranış pozğunluğu və allergik reaksiyalar kimi müxtəlif arzuolunmaz sağlamlıq problemlərinə səbəb ola biləcəyini ifadə edib. Prof.Dr.Akgün marketlərdə və ərzaq mağazalarında satılan hazır dondurmaların raf ömrünü uzatmaq və konsistensiyasını artırmaq üçün çoxlu qatqılar ehtiva etdiyinə diqqət çəkərək, bu maddələrin uşaqlara uzun müddət mənfi təsir göstərə biləcəyini bildirib:
"Bu dondurmalarda süd yerinə süd tozu, təbii şəkər yerinə qlükoza siropu və qatılaşdırıcı maddələr istifadə olunur. Bu cür maddələr uşaqların sağlamlığını təhdid edə biləcək təsirlər yarada bilər",-deyən Prof.Dr.Akgün, elmi araşdırmaların da hazır dondurmaların uşaqlar üzərində mənfi təsirlərinin olduğunu sübut etdiyini vurğulayıb.
CNN
Zəhra Möhübbətova