Ərdoğan Xankəndiyə səfər edir

Tarix: 19:33 04.07.2025
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin müdiri Fahrettin Altun Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini rəsmən təsdiqləyib. İyulun 4-də baş tutacaq səfər çərçivəsində Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Toplantısında iştirak edəcək. Tarixi əhəmiyyət daşıyan bu toplantı Qarabağın ürəyi sayılan Xankəndi şəhərində keçiriləcək. Sammitdə iqlim dəyişikliyi, regional ticarət, nəqliyyat əlaqələri və təşkilat islahatları müzakirə olunacaq. Türkiyə lideri çıxış edəcək, eyni zamanda digər ölkə başçıları ilə mühüm görüşlər keçirəcək. Tədbirə üzv dövlətlərlə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti və beynəlxalq təşkilatların nümayəndələri də qatılacaq.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı "İnformator.az" açıqlamasında bildirib ki ,bu cür tədbirlərin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi həm iqtisadi baxımdan , həm də siyasi baxımdan bir çox mesaj verir.Eyni zamanda , qardaş ölkəmiz olan Türkiyənin prezidentinin buraya səfəri onu göstərir ki , Azərbaycan heç bir zaman tək deyildir:
"Türkiyə prezidentinin işğaldan azad olunmuş ərazilərə səfəri həmişə bu regionda maraqla qarşılanıb və burada səfər proqramı ilə yanaşı , siyasi məqsədlərdə olub.Bu həm də , Azərbaycanın mövqeyni daha da gücləndirən bir amil olub.4 iyul səfərinə də biz bu kontekstdə baxa bilərik.Xüsusən də, son günlər Rusiya-Azərbaycan xəttində baş verən bir qarşıdurma var,o cümlədən İsrail-İran müharibəsində İrandan Azərbaycana qarşı müxtəlif ittihamlar olub.Yəni , regionda bu cür gərginliklərin baş verdiyi, Azərbaycan üzərinə müəyyən bir təzyiqlərin olduğu bir vaxtda , təbii ki , Ərdoğanın Xankəndinə səfəri həmin qüvvələrə mesaj verməkdir.Həm Azərbaycanın tək olmadığını birmənalı şəkildə göstərməkdir, həm də onun mövqeyini gücləndirən bir məqamdır.
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Qarabağda keçirilməsi bu prosesin davamıdır.Bunu da siyasi və iqtisadi olaraq dəyərləndirmək olar.Hər şeydən əvvəl , Azərbaycan işğaldan azad olunmuş ərazilərin bununla beynəlxalq müstəvidə təbliğ edir.Yəni, əsas mesaj odur ki , həmin ərazilər işğaldan azad olunmuşdur və orada həyat yenidən canlanır.Həm də bu cür tədbirlərin Qarabağda keçirilməsi onu qlobal müstəvidə dioloq platformasına keçirilməsinə şərait yaradır.Bu da dediyim kimi, bu ərazilərin Azərbaycan dövlətinə məxsus olduğuna aid mesajın çatdırılmasına, o cümlədən azad olunduqdan sonra buradaki həyatın artıq canlanmasına dair mesaj verir.Ümumiyyətlə, belə bir ifadə var: "Qələbə qazanmaq böyük bir prosesin birinci mərhələsidirsə, bu qazanılan qələbəni qorumaq da əhəmiyyətlidir". Mənim fikrimcə , Azərbaycan 5 il əvvəl qazandığı qələbəni bu cür tədbirlərin orada keçirtməklə öz qələbəsini qoruyur və möhkəmləndirir.İqtisadi tərəfinə gəldikdə isə,xarici universitet olaraq hər kəsi cəlb etmək Azərbaycanın marağındadır və bunun üçün həmin bölgəni kifayət qədər potensialıda var.Amma xarici universitet kimi cəlb edilməsində ən önəmli məsələ təhlükəsizlik və sabitlik amilidir.Yəni , bu cür tədbirlərin orada keçirilməsi , digər ölkələrin prezidentlərinin oraya səfər etməsi bütün dünyada bu ərazilərdə təhlükəsizliyin və sabitliyin təmin edilməsi fikrini yaradır".
Ekspert Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində iştirak etməsindən və bunun Azərbaycan üçün olan əhəmiyyətindən də söz açıb:
"Bu barədə düşünürəm ki , ümumiyyətlə,Şimal Kiprin həm Türk Dövlətləri Təşkilatına, həm də bu tədbirdə iştirak etməsi Azərbaycan üçün böyük dəstəkdir.Şimali Kiprin müstəqil olmasını Türkiyədən sonra ən böyük dəstəyi verən Azərbaycandır. Mənim fikrimcə , Şimali Kiprin bu cür tədbirlərdə müşahidəçi statusunda olsa belə, təmsil olunması bu ölkənin müstəqilliyinin defakto tanınması kimi də qəbul edilə bilər.Hesab edirəm ki , Şimali Kipr liderinin buraya dəvət edilməsi,Özbəkistan və Qırğısıztan liderləri ilə eyni masa ətrafında əyləşdirilməsi -bu Azərbaycanın problemləri həll etmək və birləşdirmək məqsədindən irəli gəlir".
Nəzrin Məmmədova