Bakının İki Küçəsində Yenilik:-Düyməli Piyada İşıqforları Quraşdırılıb

Bölmə: Siyasət › ,
Tarix: 19:32 04.07.2025

Bakının Nərimanov və Xətai rayonlarında nəqliyyat və piyada hərəkətinin daha təhlükəsiz və səmərəli təşkili məqsədilə yeni texnoloji yenilik tətbiq olunub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təşəbbüsü ilə Həsən Əliyev və Afiyəddin Cəlilov küçələrində düyməli piyada svetoforları quraşdırılıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov "İnformator.az" a açıqlamasında bildirib ki , bu cür işıqforlar həm piyadalar üçün , həm də sürücülər üçün əlverişlidir.Düşünürəm ki , zaman keçdikcə hər iki tərəfin rəyləri nəzərə alınacaq və müsbət olarsa , bu cür işıqforların sayı artacaq:

 

"Düyməli piyada işıqforlarının digər işıqforlardan fərqi onun təyinatında və funksionallığındadır.Düyməli işıqforlarda piyada sayı və həmçinin, yolda hərəkət edən avtomobillərin intensivliyi nəzərə alınır.Piyada yolu keçmək zamanını özü qərarlaşdırır.Və yaxşı olardı ki , piyadalarımız bu yolu tək-tək deyil də , bir neçə nəfər toplaşandan sonra düyməni basıb həmin yolu keçsinlər.Bu zaman avtomobillər üçün də problem yaranmaz".

 

Ekspert bu işıqforların yol hərəkətinə necə təsir etməsindən də söz açıb:

 

"Bu işıqforların yol hərəkətinə təsirlərindən danışmaq , düşünürəm ki , hələ tezdir.Yeni quraşdırılıb və biz bunu zaman keçdikcə görəcəyik.Həm sürücülərin , həm də piyadaların rəyini nəzərə aldıqdan sonra bu barədə danışmaq daha uyğun olacaq. Quraşdırılan bu işıqforlar qəza riskini azaltmır, amma piyadaların təhlükəsiz keçidini təmin edir".

 

Nəzrin Məmmədova