Tramp bu gün Qəzzada atəşkəs elan edə bilər

Bölmə: Siyasət › ,
Tarix: 22:12 07.07.2025

 

Dohada İsrail və HƏMAS hərəkatının nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar uğurlu olarsa, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Qəzza zolağında atəşkəs elan edə bilər.


Mövzu ilə əlaqədar politoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Əvvəllər də belə olub,müvəqqəti atəşkəs olub ancaq sonra yenidən pozulub:

 

“Çünki daimi bir şey deyildi. Yəni bu sadəcə belə qısa fasilələrdir. Orta Şərqdə sülh, atəşkəs əbədi ola bilməz. Tramp müsbət qarşılayacaq, çünki atəşkəs elan edib, sülhə nail olmağa çalışır. Yəni burada başqa planlar vardır. Ola bilər ki,əvvəl atəşkəs olub başqa bir hədəfə fokuslansınlar. O da təbii ki, hədəfdə yenə Orta Şərq olasıdır”.

 

Asiman Vəliyeva