Azərbaycan və OPEC neft bazarının tənzimlənməsini müzakirə edib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:48 09.07.2025

Azərbaycan və Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) arasında neft bazarının tənzimlənməsi müzakirə edilib.

 

"İnformator.az"  xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsi hesabında yazıb.

 

"Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının Baş katibi Haysam Əl-Qays ilə görüş keçirdik. Qlobal neft bazarının tənzimlənməsi və Azərbaycanla əməkdaşlığa dair müzakirələr apardıq."- o qeyd edib.