Bu gün Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil -Rəsmi

Tarix: 11:28 10.07.2025
Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil.
"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, rus dili fəni üzrə müəllim çatışmazlığı var: “Şagirdin hansı bölmədə oxumasından asılı olmayaraq ana dilini yaxşı bilməsi bizim öncəlikdir. şagird Azərbaycan büdcəsi ilə təhsil alırsa, ondan azərbaycanca tələb etmək haqqımız var”.