AMB onlara məcburi sərəncam verib

Bölmə: Dünya › ,
Tarix: 16:10 11.07.2025

“Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanması qaydasını pozub.

 

Mərkəzi Bankdan "İnformator.az" a verilən məlumata görə, AMB bununla bağlı monitorinq keçirib.

 

Məlum olub ki, hər iki şirkət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə riayət etməyib. AMB bunu nəzərə alaraq sığorta şirkətlərinə icrası məcburi sərəncam verib.