İsveçrə ilə Ukrayna arasında əməkdaşlıq sazişi imzalanıb

Bölmə: Dünya › ,
Tarix: 16:17 11.07.2025

İsveçrə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. Sənəd Romada Ukraynanın yenidən qurulması üzrə keçirilən beynəlxalq konfrans çərçivəsində rəsmiləşdirilib.

 

Sazişi İsveçrənin Ukraynadakı səfiri və Konfederasiyanın Ukrayna üzrə Federal Şurasının nümayəndəsi Jak Gerber ilə Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko imzalayıblar.

 

Məlumata görə, 25 iyun 2025-ci il tarixində İsveçrə Federal Şurası tərəfindən təsdiq edilmiş bu saziş İsveçrə özəl sektorunun Ukraynanın bərpası üzrə layihələrdə iştirakını genişləndirmək üçün hüquqi zəmin yaradır. Eyni zamanda, İsveçrənin Ukraynanın bərpasına uzunmüddətli sadiqliyini nümayiş etdirir.

 

Mənbə :Caliber

Aytən Ağazadə