Beynəlxalq səyyahlara Laçındakı genişmiqyaslı bərpa işləri barədə məlumat verilib

Tarix: 17:35 11.07.2025
MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Azərbaycanın azad edilmiş ərazilərinə səfəri çərçivəsində Laçında olub.
"İnformator.az" "Report" a istinadən xəbər verir ki, qonaqlar şəhəri gəzib və bayraq meydanında olublar.
Nümayəndə heyətinin üzvlərinə Laçında fəal şəkildə aparılan genişmiqyaslı bərpa işləri haqqında məlumat verilib.